20/07/2025
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri arasında velosiped yarışı təşkil edib. Veloparkda keçirilən tədbirdə 40-a yaxın media nümayəndəsi öz fiziki hazırlığını və idmana olan marağını nümayiş etdirib.