31/01/2022
Demək olar ki, “İnsan xəyal etdiyi müddətcə yaşayır” devizi ilə böyümüşük, amma insanlar yaşlandıqca daha dərindən düşünürlər.
Bu gözəl ifadəni tək misra kimi oxuyanda deyirəm ki, nəfəs almaq asandır, yaşamaq isə başqa şeydir.
Xəyal quraraq insan həyatını yaşaya bilərmi? Xəyalın yeri, yurdu, gündüzü və gecəsi yoxdur.
Biz istənilən vaxtı xəyal edə bilərik və xəyal etmək pulsuzdur, hər kəs istədiyi qədər əldə edə bilər. Nə xəyal edə bilərik? Baş verə biləcək və ya olmaya biləcək bir şey.
İnsanların xəyal quraraq özlərini qane etmələrinə də rast gəlmək olur.
Bu, asan çıxış yolunu seçmək, həyatı təxəyyüllə məhdudlaşdırmaqla reallıqdan qaçmaq, özünü aldatmaqdır və yaşamaqla heç bir əlaqəsi yoxdur.
Yaşamaq nədir?
Yaşamaq hiss etməkdir, duyğudur, paylaşmaqdıq, minnətdar olmaqdır, düşünməkdir, şərh etməkdir, uğur qazanmaqdır yaşamaq. Yaşamaq sevməkdir. Bəzən həyatdan xoşbəxtlik alaraq yaşadığını anlayırsan, bəzən iki qədəh çaqqıldamaqla, ürəkdən sevməklə, güvənə biləcəyin bir çiyinlə, anlaya biləcəyin bir nəfəslə yaşadığını hiss edirsən. Bəzi insanlar pul atmaqla yaşadıqlarını, bəziləri isə pullarının əsarətində yaşadıqlarını düşünür. Məncə, yaşamaq insan olmaq, ləyaqətli, şərəfli, hörmətli, sevgi dolu, sadiq, bacardıqca uğurlu olmaqdır. Başqasının həyatını oğurlamamaqdir..