Zabrat Kendi

Zabrat Kendi ZABRAT KENDI

24/04/2023
Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc y...
22/06/2022

Xavər Ağarəhim oğlu Vəliyev 1905-cı ildə Bakının Zabrat qəsəbəsində anadan olub. Orta məktəbi elə burada bitirib. Gənc yaşlarından ordu sıralarında xidmət edib. O, Zaqafqaziya hərbi piyada məktəbinə daxil olub, məktəbi bitirdikdən sonra bir müddət bölük komandiri vəzifəsində çalışıb. 1936-cı ildə o, Hərbi - Siyasi Akademiyanı müvəffəqiyyətlə bitirir. Çalışqanlığı və fəaliyyətinə görə Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Əvvəlcə o,73-cü Azərbaycan atıcı diviziyasında xidməti borcunu yerinə yetirir. 1938-ci ildə Bakının hərbi hava hücumundan müdafiəsi üçün 3-cü korpusuna komissar təyin edilir.

1941-ci ildə 396-cı Azərbaycan atıcı diviziyasının siyasi rəhbəri olan Xavər Vəliyevin komandası Kerç sahilində qərar tutmağa əmr alır. Düşmən üzərində hücum əməliyyatı hazırlanır. Daha sonra bu səhifəyə 1942-ci il Sevastopol uğrunda gedən döyüşlər yazıldı. Məhz bu döyüşlərdən sonra Xavər Vəliyev 416-cı Azərbaycan diviziyasına siyasi rəhbər təyin olundu.[1]

1945-47-ci illərdə o, 4-cü ordunun siyasi rəhbəri vəzifəsində çalışır. 1947-ci ildə polkovnok rütbəsində Xavər Ağarəhim oğlu Vəliyev SSRİ Müdafiə Nazirliyi tərəfindən Azərbaycan SSRİ-nin hərbi komissarı təyin edilir. O, 1954-cü ilə qədər doğma respublikasının hərbi komissarı işləyir və hərb sahəsində öz xidmətini başa vurur.[2] Orduda etdiyi xidmətlərə görə "Lenin"[3], "Qızıl ulduz", "Qırmızı bayraq"[4] ordenləri, "İkinci dərəcəli Böyük Vətən müharibəsi iştirakçısı"[5], "Qafqazın müdafiəsi uğrunda"[6], "Almaniya üzərində qələbə"[7] medalları və s. layiq görülür.

1955-ci ildən istefada olan polkovnik Xavər Vəliyev 1966-cı ildə vəfat edənə qədər Zabrat kənd sovetində sədr vəzifəsində çalışıb. Bir örnək kimi tarixə iz qoydu. Xavər Vəliyev adına olan küçədən keçənlər hər gün bu qəhrəman el oğlunu minnətdarlıq hissi ilə xatırlayırlar. Onun təşəbbüsü ilə tikilən 75 saylı orta məktəb[8] bu gün Xavər Vəliyevin adını ünvanında qürurla yaşadır.

04/05/2022

Ramazan bayrami namazi 03.05.2022

Zabrat kəndinin ən azı 5000 illik yaşayış məskəni olduğunu sübut edən tapıntılar. Zabrat-Ramana arasında yerləşən Xilala...
10/10/2021

Zabrat kəndinin ən azı 5000 illik yaşayış məskəni olduğunu sübut edən tapıntılar. Zabrat-Ramana arasında yerləşən Xilalan dağları adlanan yerdə. Tapıntı Elvin Elçin oğluna məxsusdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonun Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta m...
22/09/2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonun Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli inkişaf konsepsiyasında təhsil sahəsi də prioritet yer tutur. Respublikanın hər yerində, o cümlədən paytaxtda məktəblərin əsaslı təmiri, yenidən qurulması, yeni təhsil ocaqlarının və tədris korpuslarının inşası istiqamətində ardıcıl işlər görülür. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil alması, elmin sirlərinə daha dərindən yiyələnməsi üçün hərtərəfli imkanlar açır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gənc nəslin savadlı, bilikli, intellektual səviyyədə yetişməsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Qeyd edək ki, 71 saylı orta məktəbin binası 1980-ci ildə inşa olunub. 1176 şagird yerlik binada sinif otaqları ilə yanaşı, fənn laboratoriyaları, akt və idman zalları da müasir səviyyədə şagirdlərin ixtiyarına veriləcək. Sinif otaqları və laboratoriyalar zəruri tədris avadanlığı ilə təchiz edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonun Zabrat qəsəbəsində yerləşən 307 saylı orta məkt...
22/09/2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonun Zabrat qəsəbəsində yerləşən 307 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan dövləti bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir.
2006-cı ildə inşa edilən 1176 şagird yerlik 307 saylı tam orta məktəbin binası əsaslı təmir edilib, 15 sinif otağından ibarət əlavə korpus tikilib. Yeni korpus 432 şagird yerlikdir. Təhsil müəssisəsində kimya, fizika, biologiya laboratoriyaları, hərbi kabinet, kitabxana var. Şagirdlər laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra biləcəklər. Təhsil ocağında, eyni zamanda, hərbi hazırlıq, qızlar və oğlanlar üçün əmək otaqları, akt və idman zalları da yaradılıb.
Qeyd edək ki, məktəbdə aparılan əsaslı təmir və tikinti işləri dövlət başçısının “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” ötən il və bu il imzaladığı müvafiq sərəncamlara uyğun olaraq həyata keçirilib.

Address

Baku

Telephone

+994703355645

Website

Alerts

Be the first to know and let us send you an email when Zabrat Kendi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zabrat Kendi:

Share

Category