30/05/2024
🇦🇿🇹🇷 Yuxarı Gövhər Ağa məscidi 🕌
📍Şuşa 💚❤️💙
📲 mobil foto: Vagif Muğallı Photography
🖌️ Qarabağ hakimi İbrahim xanın qızı, Xurşidbanu Natəvanın bibisi Gövhər Ağanın (Gövhərnisə bəyim) adını daşıyan Yuxarı Gövhər Ağa məscidi atası İbrahim xan tərəfindən 1789-cu ildə tikdirilmiş, sonradan yararsız hala düşmüş Şuşa Cümə Məscidinin yerində Gövhərnisə bəyimin maddi dəstəyi ilə qoşa minarəli formada şuşalı memar Səfixan Qarabaği tərəfindən 1883-cü ildə inşa edilib.
Bu məscid sadəcə ibadət evi kimi fəaliyyət göstərməyib, eyni zamanda bir xeyriyyəçilik mərkəzi olaraq imkansız əhalinin köməyinə çatırdı. Gövhər Ağanın vəsaiti hesabına fəaliyyət göstərən XIX əsrin məşhur şairlər birliyi olan “Məclisi-fəramuşan”ın toplantıları çox vaxt bu məscidin hücrələrində keçirilərdi. Bu birlik həm də vəqf olaraq fəaliyyət göstərir, ehtiyacı olan qələm əhlinə maliyyə yardımı edirdi. Gövhər Ağa hələ sağ ikən böyük əmlakını həmin məscidlərə vəqf etmişdi. O, ağır mal-mülkdən əlavə, Zəngəzurda nəhəng meşə sahələrinə sahib idi. Sovet Rusiyası tərəfindən Ermənistan ərazisinə verilən Zəngəzur meşələri Gövhər Ağanın şəxsi mülkiyyəti idi.
🚍 𝟭 və ya 𝟮 günlük yüksək səviyyəli, keyfiyyətli 𝗦̧𝗨𝗦̧𝗔 𝘁𝘂𝗿ları üçün mənimlə əlaqə saxlaya bilərsiniz Gelin Birlikde Gezek 🙋🏻♂️
🔴 Ətraflı məlumat üçün rəy bölməsinə + yaza və ya whatsappdan yazaraq əldə edə bilərsiniz.
📢 Mənimlə əlaqə: Vaqif Muğallı 🙋🏻♂️
WhatsApp/Zəng: 📲 𝟎𝟓𝟏 𝟒𝟎𝟐 𝟑𝟏 𝟎𝟒