Kazzimli

Kazzimli Azar Kazzimli is Baku based photographer with passion for nature, landscape, portraits and lifestyle

Bu gün Beynəlxalq Pişik🐱☺️ günüdür. Pişiklər haqqında çox yazmaq olar, oxumayacağınız üçün uzun yazmaq istəmirəm. Sadəcə...
08/08/2024

Bu gün Beynəlxalq Pişik🐱☺️ günüdür. Pişiklər haqqında çox yazmaq olar, oxumayacağınız üçün uzun yazmaq istəmirəm. Sadəcə onu bildirim ki, pişik səsi mənim üçün ən böyük sakitləşdirici vasitələrdəndir; bütün neqativlərdən arınıram, əriyirəm, sevirəm!

Bakının 18 iyul 2024 (saat 05:30)tarixli günəşi☀️
18/07/2024

Bakının 18 iyul 2024 (saat 05:30)tarixli günəşi☀️

2019-cu il Formula 1 Azərbaycan Qran Prisinin "Tədbirlər və Mərasimlər" fotoqrafı kimi inanılmaz maraqlı təcrübə yaşadım...
20/06/2024

2019-cu il Formula 1 Azərbaycan Qran Prisinin "Tədbirlər və Mərasimlər" fotoqrafı kimi inanılmaz maraqlı təcrübə yaşadım.

Çalışdığım komanda yerli gənclərdən ibarət idi, işlərini o qədər ideal və dəqiqliklə görürdülər ki, hətta 2012-ci ildə Bakıda keçirilən Eurovision mahnı müsabiqəsinin Almaniyadan gəlmiş təşkilat komandasından heç nədə geri qalmırdılar, hətta bəlkə qat-qat daha üstün idilər. Onlar 11 illik karyeramda çalışdığım ən uğurlu, ən arzuolunan, necə deyərlər dream team idi.

Ən böyük arzularımdan biri odur ki, portfoliomda bu növ ideal tədbirlər daha çox olsun, yorulmadan çalışıb, çəkdilərimi sizinlə paylaşım.

Tam albomu sabah buradan paylaşacağam.

Baku Cargo Terminal (night time photoshoot - part 1)Photographer: KazzimliClient: ASG Ground Handling
19/06/2024

Baku Cargo Terminal (night time photoshoot - part 1)
Photographer: Kazzimli
Client: ASG Ground Handling

Yazmağı həmişə sevmişəm. Əvvəlki paylaşımlarımı bilənlər xatırlayır ki, hər şəkilin altında uzun-uzun yazılar, hekayələr...
02/06/2024

Yazmağı həmişə sevmişəm. Əvvəlki paylaşımlarımı bilənlər xatırlayır ki, hər şəkilin altında uzun-uzun yazılar, hekayələr var idi. Son 2-3 ildir, o qədər də yazmıram amma bu o demək deyil ki, bacarmıram, yadırğamışam, yox, elə deyil…

Yazmağı yenə bacarıram amma dünyanın şərtləri dəyişdiyi üçün mənim adətlərim də dəyişib. İndi həmin yazılarla demək istədiklərimi qısa video kadrlarla deməyə çalışıram. Axı yaş 35-ə çatır?! 35 mənim tamamilə sənədli ixtisasım rejissorluğa qayıdış, bəlkə də başlanğıc yaşım olacaq. Hər şey 20-li yaşlarımın əvvəllərində planladığımdan da yaxşı gedir. O zamanlar çox uzaqda görünən yolların bəzilərini yarılayıb, bəzilərini isə çoxdan ötüb keçmişəm.

Bir zamanlar rəqəmsal bilik və bacarıqlarımın yetərsizliyindən çətinlik çəkirdimsə bu gün həmin bilik və bacarıqların təlimini keçəcək qədər irəliləməyimi isə inad və iradəmə borcluyam. Onlar olmasa hələ də çətin, keçilməz yollar ilə yürüməyə davam edirdim.

Əlbəttə, hərşey bu yazdıqlarımı oxumaq qədər asan olmayıb. Bu yolda başıma gəlməyən qalmadı… Fədakarlıq və səhvlərimi unutmamalıyıq. Onlar da ən az inad və iradə qədər yanımda oldular, doğru istiqaməti tapa bilmək üçün gərəkdiyində biri körpü, digəri işıq oldu.

Şəkil 20-li, yola yeni başlayan Azərin özçəkimi

Ardı var…

Lonely...Qusar, 2018
26/04/2024

Lonely...
Qusar, 2018

Sonuncu dəfə nə zaman gecə yatıb, səhər oyandığınızda belə səmimi mənzərə ilə qarşılaşmısınız?
24/01/2024

Sonuncu dəfə nə zaman gecə yatıb, səhər oyandığınızda belə səmimi mənzərə ilə qarşılaşmısınız?

1 həftədir ki, pəncərəmin mənzərəsi dəyişib. Səhəri ayrı, gecəsi ayrı nağıl...
21/01/2024

1 həftədir ki, pəncərəmin mənzərəsi dəyişib. Səhəri ayrı, gecəsi ayrı nağıl...

Atları yəhərləyin!Mərkəzi Asiya mirvarilərinə səfərdən bir neçə gün öncə Qazaxıstandan olan iki xanım turistlə birlikdə ...
03/12/2023

Atları yəhərləyin!

Mərkəzi Asiya mirvarilərinə səfərdən bir neçə gün öncə Qazaxıstandan olan iki xanım turistlə birlikdə Quba gəzintimiz zamanı məşhur Qəçrəş meşəsində fasilə verib çay içək dedik... Bu zaman yolun digər hissəsində at kirayəsi ilə məşğul olan şəxslərdən biri xanımlara yaxınlaşıb, at minməyi təklif etdi. Xanımlardan biri bu “nəcib niyyətli” adamın təklifini qəbul edib, at mindi və gözümün önündə təxminən 30-40 metr irəliyə gedib qayıtdı və at belindən enərkən həmin şəxsə min dəfə çox sağol dedi. Çünki elə bilirdi ki, o gözəl insanın bu təklifi təmənnasız idi. Elə bu anda şəxs xanımdan 50 AZN istəmədimi?! İstədi…

Gözüm kəlləmə çıxdı, bu qədər qısa məsafəyə at sürməyin 50 manata bərabər bir xidmət olmadığını və hərəkətinin də ölkəmizin imicinə zərər gətirdiyini çox xoş formada çatdırdığım zaman mənə, “deyəsən qazanın yağlı tərəfi gedib hə, pul qalmayıb sənə, imkan ver qazanaq da” kimi iyrənc cümlələr dedi. İndi məni kim saxlaya bilər? Başa düşəcəyi dildə cavabını verib, 50 manat ödəməyə hazırlaşan xanımın əlini saxlayıb, 20 manat özümdən verib, yola saldım və bu barədə lazımi orqanları məlumatlandıracağımı bildirdim(amma etmədim çünki başım qarışdı səfərimə). Həmin dəqiqə bütün at sahibləri oradan uzaqlaşdılar.

Xanımların yanında çox utanmışdım, hansı ki, utanmalı olan, ölkəyə gələn turistlərə qan udduran bəzi işbaz, heç bir məsuliyyət və qanacaq hissi olmayan vicdansızlardır. Məhz belə insanlara görə ölkəmizə turistlər ikinci dəfə gəlmək istəmir.

Keçək əsas mətləbə, Qırğızıstan, dünyanın ən gözəl göllərindən birinə aparan Kel Suu yurt kampından at kirayələyirəm, 2 saat irəli, 2 saat geriyə olmaqla, ümumilikdə 4 saat yolumuz var. Bunun üçün dostum Adik ilə birlikdə yəhərli at kirayələyirəm və qiyməti eşitdikdə gözüm kəlləmə çıxır. Ümumi qiymət 30 AZN. Üstəlik bu qiymətə atlı bələdçi də daxildir. Qubadakı hadisə yadıma düşdü, yolboyu xəcalət çəkərək irəliləmişəm…

Qırğızıstanı sevmə səbəblərimdən ən birincisi toxunulmamış, saf təbiətinin varlığı və gözəlliyidir. Günlərlə, saatlarla ...
28/07/2023

Qırğızıstanı sevmə səbəblərimdən ən birincisi toxunulmamış, saf təbiətinin varlığı və gözəlliyidir. Günlərlə, saatlarla yol gedirsən, nəticədə gördüyün mənzərə səni peşiman etmir, əksinə, burada olduğun üçün həm qürur, həm də minnətdarlıq hissi yaranır beynində.

Kel Suu, Narın şəhərinin At-Başı rayonu ərazisində, 3514 metr yüksəklikdə (bizim əksər dağ zirvələrindən hündür), mərkəzi Tyan Şan-ın Kakşal Too dağ silsiləsində yerləşir. Kakşaalın sağ qolu olan Kök-Kyya-nın sol qolu Kurumduk çayı ilə qidalanır və qurudulur. Bu cənnət gölünün uzubluğu 5km, sahəsi isə 4,5km təşkil edir.

Gölü qurudan çay yeraltından başlayır və su, gölün altındakı torpaq və qayaların arasından sovrulur. Beləliklə göl bəzən 2019-cu ildə olduğu kimi tamamilə suyu çəkilərək, Qırğızıstandakı digər göl, Merzbaher-ə bənzəyir.

Xoşbəxtlikdən 2023-cü il Kel Suu səyahət mövsümünün açılışını edən ilk qrupla birlikdə buraya 2 saatlıq atla olan səfərim çox uğurlu keçdi və gölü dolu görə bildim☺️ həmin an heç, elə indi də dünyanın ən şanslılarından biri sayıram özümü.

Ardı var…

📸 🙏

Bexzadın gülüşü bəlkə də dünyanın ən gözəl gülüşlədindən biridir mənə görə. Onun ailəsi Qırğızıstanın Narın rayonu, dəni...
18/07/2023

Bexzadın gülüşü bəlkə də dünyanın ən gözəl gülüşlədindən biridir mənə görə. Onun ailəsi Qırğızıstanın Narın rayonu, dəniz səviyyəsindən 3200 metr yüksəklikdəki yurdda, köçəri şəklində yaşayır.

Bexzad, qardaşları və nənəsi ilə birlikdə tədris mövsümü başlayan kimi rayona qayıdıb məktəbə gedir. Qırğızca, rusca, türkcə və hətta ingiliscə az da olsa danışa bilir, anlayır. Ümumiyyətlə o və qardaşları ilə ünsiyyət çox rahat idi, bir-birimizi ən xırda işarələrlə belə asanlıqla anlaya bilirdik.

Qeyd edim ki, səfərim boyu Qırğızısdanda gördüyüm ən çox diqqətimi çəkən və şəkillərini çəkmək istədiyim (xeyli çəkmişəm, kamera ilə rahat davranır) uşaq o olduğuna görə sözün əsl mənasında “dream trip”-imin paylaşımlarına onun gülüşü ilə başlamaq istədim. ☺️

Postu hekayə bölmənizdə paylaşaraq, sevdiklərinizə onun gülüşündən hədiyyə edə bilərsiniz. 💛

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Kazzimli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kazzimli:

Share

Category